Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ!

 10:15 01.09.2026     257

Sentyabrın 1-i gündüzdən 2-si axşamadək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Reedaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Vumart və Güvən reklamı Vumart Güvən