Tanınmış aparıcı mətbuat katibi təyin EDİLDİ

 15:19 01.09.2026     225

Tanınmış aparıcı Nurlan Valehoğluna yeni vəzifə verilib.

Redaktor.az xəbər verir ki, şərhçi bu barədə sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, bu gündən etibarən Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat katibi vəzifəsində fəaliyyət göstərəcək.

N.Valehoğlu qeyd edib ki, "CBC Sport"dakı fəaliyyətini əvvəlki kimi (menecer, şərhçi-aparıcı) davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyevdir.

Vumart və Güvən reklamı Vumart Güvən