Vətən müharibəsi iştirakçısı Xocalıda toy etdi - FOTO
Bun gün 34 illik fasilədən sonra Xocalı rayonunun Seyidbəyli kəndində toy çadırı qurulub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, uzun illər məcburi köçkün həyatı yaşayan Əsədova Əziz Möhübət qızı "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Seyidbəyli kəndinə qayıtdıqdan sonra övladı Aişə Məmişovanın toyunu doğma yurdda keçirir. Aişə xanım Xocalıda Sərdar Ramazanovla ailə həyatı qurur.
Qeyd edək ki, Sərdar Ramazanov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, müharibə zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.



















