Moskva prospektinin kənar yolu tam BAĞLANACAQ - XƏBƏRDARLIQ

 21:34 02.09.2026     376

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Redaktor.az xəbər verir ki, təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcək.

Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən