Bu ekspres avtobuslara da ikinci validator quraşdırıldı

 10:41 07.09.2026     401

Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda da yenilik tətbiq edilib.

Bu barədə Redaktor.az-a AYNA-dan məlumat verilib.

Sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə ekspres avtobuslara ikinci oxuma cihazı (validatorlar) quraşdırılır. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.

Xatırladaq ki, daha əvvəl M1 nömrəli ekspres marşrutda təcrübə uğurla sınaqdan keçirilmişdir.

Qeyd edək ki, metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda da validator quraşdırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən