“Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLDİ
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Redaktor.az İstehsalat Birliyindən verilən məlumata istinadən xəbər verir ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
"Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır”, - deyə qurumun yaydığı məlumatda bildirilir.













