70-ci illərin üslubunda şalvarlar payız trendinə çevrilib

 23:46 07.09.2026     280

70-ci illərin üslubunu xatırladan şalvarlar 2026-cı ilin payız mövsümünün əsas moda trendlərindən birinə çevrilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Vogue” jurnalının rəsmi saytında məlumat yayılıb.

Moda ekspertlərinin sözlərinə görə, yaşıl, çəhrayı, qırmızı, bordo və bənövşəyi kimi parlaq rənglərdə olan şalvarlar bu payız da aktuallığını qoruyacaq.

Bundan əlavə, müxtəlif materiallardan hazırlanmış qəhvəyi rəngli modellər də trenddə olacaq. Ekspertlər xüsusilə zamşa, korduroy və cins parçadan hazırlanan şalvarları qeyd ediblər.

Qeyd edək ki, yay mövsümündə “Vogue Italia” redaktorları mikrotopları əsas trend kimi təqdim etmişdilər. Ekspertlərin fikrincə, müxtəlif rəng və fasonlarda mikrotoplar da aktual olaraq qalacaq.

Bundan əvvəl isə Rusiyada 2026-cı ilin ən populyar idman ayaqqabıları açıqlanmışdı. Siyahıda “New Balance” brendinin əsas və universal modelləri üstünlük təşkil edib. İkinci ildir ki, ağ-gümüşü rəngdə “New Balance 530” modeli liderliyini qoruyur. Reytinqə həmçinin “New Balance 574” modelləri və ağ rəngli klassik “Nike Air Force 1 '07” ayaqqabıları daxil edilib.

Daha əvvəl ekspertlər payız mövsümü üçün ən dəbli cins modellərini də açıqlamışdılar.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən