Növbəti köç karvanı Şükürbəyli kəndinə çatdı - FOTO - YENİLƏNİB
Sentyabrın 10-da doğma yurduna yola salınan köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.
Redaktor.az xəbər verir ki, bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə köçən 154 nəfərdən ibarət 25 ailəyə mənzillərinin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb.
Redaktor.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 25 ailə – 154 nəfər köçürülüb.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Redaktor.az xəbər verir ki, Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə - 154 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.





























