Ona şəhid statusu VERİLDİ

 12:27 10.09.2026     380

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun ailəsindən məlumat verilib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq.

Qeyd edək ki, Prezidentin bu ilin aprelində imzaladığı Sərəncamla Raqif İsayev ölümündən sonra ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.

Vumart və Güvən reklamı Vumart Güvən