Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər

 11:34 11.09.2026     190

Bakının Nizami rayonunda, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir işləri aparılır.

Redaktor.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən