Bir həftədə 412 yanğın olub, 3 nəfərin meyit təhvil verilib

 09:36 14.09.2026     414

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında ötən həftə ərzində 450 hadisə üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin müddətdə nazirliyin aidiyyəti qurumları 412 yanğına çıxış edib, 35 halda köməksiz vəziyyətdə qalan şəxslərə yardım göstərilib, 3 avtonəqliyyat qəzası ilə bağlı qəza-xilasetmə əməliyyatları aparılıb.

Görülən təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ şəkildə söndürülməsi və insanların həyatının xilas edilməsi təmin olunub.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 41 nəfər xilas edilib, 14 nəfər təxliyə olunub.

Vumart və Güvən reklamı Vumart Güvən