"Biz mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə etməliyik" - Fərhad Pirinççi
"Türk dünyasının əvəzsiz məkanlarından olan Bakıda toplantımızın keçirilməsi Türk Dövlətləri Təşkilatının (TDT) oktyabr ayında Ankarada keçiriləcək 13-cü Dövlət Başçıları Zirvəsinə bir hazırlıqdır. TDT-nin regionda və dünyada əhəmiyyəti getdikcə artmaqdadır. Biz mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə etməliyik".
Redaktor.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müavini, professor doktor Ferhat Pirinççi bu gün Bakıda keçirilən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclasında səsləndirib.
"Qazaxıstanda başlayıb Azərbaycanda davam edən, bundan sonra da digər türk dövlətlərinin şəhərlərində keçiriləcək panel iclasın əsas məqsədi həm dialoqu gücləndirmək, həm də Türkiyədə təşkil olunacaq Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü ərəfəsində fikir bazasını formalaşdırmaqdır", - deyə F. Pirinççi vurğulayıb.
Bildirib ki, 15 sentyabr Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakını işğaldan azad etdiyi gündür. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
O, Türk dünyasının böyük uğurlara imza atacağından əminliyini ifadə edib.













