Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirildi - FOTO - YENİLƏNİB

 13:42 16.09.2026     221

Ağdam şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə işğal dövründə Qarabağda 67-dən çox məscid və məbədin dağıdıldığını bildirib.

O, Ağdam Cümə məscidinin də vandalizmə məruz qaldığını qeyd edib.

Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda aparılan bərpa və quruculuq işlərindən danışıb.

Digər çıxış edənlər regionda sülh və sabitliyin, eləcə də işğaldan azad olunmuş ərazilərdə dini irsin bərpasının əhəmiyyətini vurğulayıblar.

Konfransdan sonra iştirakçılar Ağdam şəhər Cümə məscidində namaz qılıb, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, günün ikinci yarısında konfrans iştirakçıları Xocalı və Şuşa şəhərlərində olacaqlar.

***

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam şəhərinə gəliblər.

Redaktor.az xəbər verir ki, elmi-praktiki konfrans işini Ağdam şəhərində davam etdirir.

22
Vumart və Güvən reklamı Vumart Güvən