ADMİU tələbələrinin sosial şəbəkədə yayılan videosu CƏZASIZ QALMADI - DİN-dən AÇIQLAMA- YENİLƏNİB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yeni qəbul olunan tələbələr ilə bağlı sosial şəbəkədə paylaşılan video ilə bağlı araşdırma aparılır.
Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal RPİ-yə dəvət olunub.
Onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.
Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunub.
***
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub.
Redaktor.az xəbər verir ki, “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər.
Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyərək, tələbələrə fiziki xəsarətlər yetirəcəklərini bildiriblər. Hətta bundan əvvəlki illərdə xəsarət yetirdikləri olduğunu xatırladıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, polis məsələdən məlumatlıdır, hazırda araşdırma aparılır.













