Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil EDİLƏCƏK

 16:43 16.09.2026     107

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 19 və 20 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

ADY-dən Redaktor.az-a verilən məlumata görə, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Qeyd olunur ki, biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Vumart və Güvən reklamı Vumart Güvən