“Şərikli çörək” filminin ssenaristi vəfat ETDİ

 09:00 17.09.2026     127

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib.

Bu barədə Redaktor.az-a Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib.

Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvada anadan olub. 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, 1967-ci ildə isə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib. O, 1970-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı laureatı, 1988-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. O, eyni zamanda 2003-cü ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü idi. Alla Axundova “Şərikli çörək” və “Alma almaya bənzər” filmlərinin ssenari müəllifidir. O, həmçinin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini rus dilinə tərcümə edib. 1970-ci illərin məşhur rus tənqidçisi Stanislav Lesnovski Alla Axundovanı SSRİ-də müasir qadın poeziyasının üç əsas "sütun"undan biri adlandırıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən