Şəhərətrafı qatar reyslərinin sayı 100-ə ÇATDIRILIR

 09:02 17.09.2026     67

Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Redaktor.az-a bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, sentyabrın 17-dən həftəiçi şəhərətrafı qatar reyslərinin gündəlik sayı 96-dan 100-ə çatdırılacaq.

Belə ki, Sumqayıt–Pirşağı–Bakı istiqaməti üzrə hərəkət cədvəlinə saat 05:55-də və 11:50-də əlavə reyslər daxil ediləcək.

Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə qatar reysləri həyata keçiriləcək.

Sərnişinlər yenilənmiş hərəkət cədvəli ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi resursları vasitəsilə tanış ola bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən