ADY-dən Bakı Limanı ilə bağlı yeni rəqəmlər: yük və konteyner daşımaları artıb

 18:42 17.09.2026     80

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb.

ADY-dən Redaktor.az-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 faiz çoxdur.

Qeyd olunan dövrdə Bakı Limanında 85 mindən çox TEU konteyner aşırılıb. Bu isə ötən ilin ilk 8 ayında qeydə alınan 69 855 TEU göstəricisindən 22 faiz çoxdur.

Təkcə 2026-cı ilin avqust ayında 12,9 min TEU konteyner aşırılıb. Bu göstərici ötən ilin avqust ayı ilə müqayisədə 39 faiz artıb.

222
Vumart və Güvən reklamı Vumart Güvən