"Kitab oxumayan, fikrini uzun müddət bir mövzu üzərində cəmləyə bilməyən nəsil yetişir" - Nura Suri

 10:30 18.09.2026     142

"Son 3–4 gündə bəzi şagird və tələbələrin düşüncə tərzinə, davranışlarına və etdiklərinə bu platforma sayəsində açıq-aşkar şahid olduq. Bunlar hələ yalnız kameraya düşənlərdir, görmədiklərimizin sayı heç bəlli deyil".

Redaktor.az xəbər verir ki, bunu tanınmış müğənni Nura Suri feysbuk hesabında yazıb.

"Kitab oxumayan, fikrini uzun müddət bir mövzu üzərində cəmləyə bilməyən bir nəsil yetişir. Sosial şəbəkələrdə 5–7 saniyəlik videoları dayanmadan sürüşdürmək insanı qısamüddətli dopaminə alışdırır; nəticədə nəyisə sona qədər oxumaq, anlamaq və təhlil etmək getdikcə çətinləşir. Hətta bir çoxunda ADHD-ni xatırladan diqqət dağınıqlığı və impulsiv davranışlar görünür.

Bu uşaqların bir qismini artıq valideyn tərbiyəsi deyil, sosial şəbəkələrin alqoritmləri və oyunlar formalaşdırır, yönləndirir və idarə edir. Ən qorxulusu isə budur ki, valideynlərin çoxu baş verənlərin fərqinə belə varmır.

"TikTok" insanların daxilindəki bütün çirkinlikləri rentgen kimi göstərən platformadır. Kim necədirsə, burada elə də görünür".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən