Parlamentdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək - Komitə sədri AÇIQLADI

 11:53 18.09.2026     145

Milli Məclisdə "Keyfiyyətli qida sağlamlığa zəmanətdir" mövzusunda ictimai dinləmələr keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qurumun iclasında deyib.

O bildirib ki, ictimai dinləmələr Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə təşkil olunacaq və artıq iş planına daxil edilib.

"Bu, həm "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nın təbliği, qarşıda duran vəzifələrin əhaliyə çatdırılması baxımından çox vacibdir. Çünki bizim dinləmələrimizin əsas istiqaməti bilavasitə həmin məsələləri, onlardan irəli gələn vəzifələri və müddəaları təbliğ etməkdir", - deyə T.Rzayev qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən