Sevda Saleh vəfat ETDİ

 21:11 18.09.2026     102

Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun qızı Gültən Ramazanova məlumat verib.

O, bildirib ki, 95 yaşlı Sevda Saleh müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, Sevda Saleh sentyabrın 1-i koma vəziyyətində reanimasiyaya yerləşdirilib. O, baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunub.

Vumart və Güvən reklamı Vumart Güvən