40 yaşlı qadın sirkə turşusundan ZƏHƏRLƏNDİ
Mingəçevirdə 40 yaşlı qadın sirkə turşusundan zəhərlənib.
Redaktor.az xəbər verir ki, hadisə "Mingəçevir kəndi" kimi tanınan yaşayış massivindəki fərdi təsərrüfatda baş verib.
Əldə edilən ilkin məlumata görə, ehtiyatsızlıq nəticəsində sirkə turşusu içən 1886-cı il təvəllüdlü Xalidə Abdullayeva təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.













