Bakıda bəzi parklanma məntəqələri bağlanacaq - Xəbərdarlıq

 21:43 19.09.2026     118

Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar şəhərin mərkəzi küçələrində yerləşən bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət sentyabrın 20-dən 29-dək qüvvədə olacaq.

Sürücülərdən nəqliyyat vasitələrini park edərkən ərazidəki parklanma nişanlarına diqqət yetirmələri və məhdudiyyət tətbiq olunan yerlərdə avtomobillərini saxlamamaları xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən