Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi təqdim olunacaq - VİDEO

 13:03 20.09.2026     63

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri və “Böyük Qayıdış” prosesinə həsr olunmuş “Sabaha doğru” sənədli filmi ərsəyə gətirilib.

Redaktor.az xəbər verir ki, “Şəhərsalma və Arxitektura İli” çərçivəsində hazırlanan filmdə Qarabağ və Şərqi Zəngəzurun bərpası, insanların doğma yurdlarına qayıdışı və burada qurulan yeni həyat insan hekayələri üzərindən təqdim olunur. Filmdə yerli sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insan yönümlü prinsiplərə əsaslanan yeni yaşayış məntəqələri də nümayiş etdirilir.

Sənədli filmin çəkilişləri Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı və Zəngilanda aparılıb.

Filmin ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Qulu, operatoru Emin Hüseynov, montaj üzrə mütəxəssisi isə Elmar Tarıyeloğludur.

“Sabaha doğru” sənədli filmi “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsi çərçivəsində istehsal olunub. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Vumart və Güvən reklamı Vumart Güvən