Xocavənddə Füzuli teatrının "Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olundu - FOTO

 23:12 20.09.2026     101

Xocavənd Şəhəri Günü çərçivəsində sentyabrın 20-də Füzuli Dövlət Dram Teatrının "Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olunub.

Redaktor.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirəni Şəlalə Kərimova, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.

Obrazları Günay Çobanzadə (Ana keçi), Xurşud Babayeva (Şəngülüm), Püstə Əhmədova (Şüngülüm), Gülgəz Soltanova (Məngülüm), Vüsal Həsənov (Qoca Canavar), Vüqar Babayev (Canavar) və Sahilə Abbasova (Qaz, Dəmirçi) canlandırıblar.

Səhnə əsərinin əsas ideyası uşaqlara böyüklərin sözünü dinləməsi, ehtiyatlı və düşüncəli davranmasının vacibliyini aşılamaqdır.

Düşünülməmiş addımların,  yadlara inamın bəzən xoşagəlməz nəticələrə səbəb olduğu diqqətə çatdırılır. 
Xocavəndin mərkəzi parkında qurulmuş səhnədə nümayiş olunan tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

222222222
Vumart və Güvən reklamı Vumart Güvən