Səhiyyə Nazirliyindən Səyyad Aranın açıqlamasına REAKSİYA

 14:49 21.09.2026     142

Səhiyyə Nazirliyi Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Səyyad Aranın  əhiyyə naziri tərəfindən rayonlarda vətəndaş qəbullarının keçirilməsi ilə bağlı səsləndirilən fikirlərinə aydınlıq gətib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.

Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran "Nazirlərin qəbul qaydasına etiraz edirəm, düzgün deyil. Məsələn, səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur" deyə bildirmişdi. 

Vumart və Güvən reklamı Vumart Güvən