Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - FOTO

 16:56 21.09.2026     60

Sumqayıtda şəhid atası dünyasını dəyişib.

Redaktor.az ölke.az-a istinadən xəbər verir ki, şəhid baş leytenant Zamin Abbasovun atası Xaqani Abbasov oğlunun ildönümü tarixindən bir gün sonra, yəni dünən (sentyabrın 20-də) vəfat edib.

Qeyd edək ki, şəhid Zamin Xaqani oğlu Abbasov 1993-cü ildə Qubadlı şəhərində anadan olub. Abbasovlar 31 avqust 1993-cü ildə Qubadlının işğalı nəticəsində məcburi köçkün kimi müvəqqəti olaraq Sumqayıtda məskunlaşıb.

Vətən müharibəsinin iştirakçısı olan Z.Abbasov Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təttif edilib.

Z.Abbasov həmçinin 2021-2022-ci illərdə qısamüddətli əməliyyatlar zamanı tabeçiliyində olan hərbi qulluqçularla birgə xüsusi şücaətlər göstərib.

2023-cü il sentyabrın 19-da Qarabağda lokal xarakterli hərbi tədbirlərin keçirilməsi zamanı Xocavənd rayonunda düşmən snayperindən açılan atəş nəticəsində aldığı yaradan şəhid olub.

Vumart və Güvən reklamı Vumart Güvən