Ramiz Həsənoğlu əməliyyat OLUNDU
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı məlumat yayıb.
Bildirilib ki, Xalq artisti hospitalda müayinələrdən sonra cərrahi əməliyyat olunub.
Məlumatda əməliyyatın uğurla başa çatdığı və sənətkarın vəziyyətinin yaxşı olduğu bildirilir.
Ramiz Həsənoğlu bu gün artıq xəstəxandan evə buraxılıb.













