Bakı bulvarına giriş bağlandı - RƏSMİ

 11:07 22.09.2026     157

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır.

Bu barədə Redaktor.az-a Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış sərbəstdir.

Vumart və Güvən reklamı Vumart Güvən