Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatdı

 12:50 22.09.2026     76

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub.

Redaktor.az xəbər verir ki, bu gün səhər saatlarında yola salınan köç karvanı Şükürbəyliyə çatıb.

Bu mərhələdə Şükürbəyli kəndinə 24 ailə (148 nəfər) köçürülüb.

Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Vumart və Güvən reklamı Vumart Güvən