Xankəndi, Xocalı və Ağdərəyə 136 nəfər qayıtdı - FOTO

 13:01 22.09.2026     98

Sentyabrın 22-də Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən xəbərə görə, bu mərhələdə 136 nəfərdən ibarət 35 ailə doğma torpaqlarına qayıdıb.

Köç çərçivəsində Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalı rayonunun Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə isə 4 ailə – 9 nəfər köçürülüb. Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı davam etdirilir.

2222222222222
Vumart və Güvən reklamı Vumart Güvən