Gələn həftə Milli Məclisin payız sessiyası BAŞLAYIR

 16:57 22.09.2026     65

Gələn həftə - sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası həmin tarixdə keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən