“Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş nə vaxta kimi pulsuz olacaq? - AÇIQLANDI

 17:34 22.09.2026     136

“Xocəsən” və “Avtovağzal” metrostansiyalarına ödənişsiz girişin ən azı bir ay davam etməsi gözlənilir.

Redaktor.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, ödənişsiz rejimin nə qədər davam edəcəyi aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq.

“Əminik ki, bunun uzun müddət davam etmək imkanı var. Amma ən azı bir ay, yəqin ki, olacaq”, – Bəxtiyar Məmmədov bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən