ADSEA sədrinin vətəndaşlarla görüş tarixi DƏYİŞDİRİLDİ

 11:52 23.09.2026     71

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən sentyabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib.

ADSEA-dan Redaktor.az-a bildirilib ki, Zaur Mikayılovun 25 sentyabr tarixində Samux rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi 29 sentyabr tarixinə dəyişdirilib.

Qeyd edək ki, vətəndaş görüşü Samux rayonunda Samux rayonu və Gəncə şəhərinin sakinləri üçün nəzərdə tutulub.

Vumart və Güvən reklamı Vumart Güvən