Sərnişinlərin təbəssümü gördüyüm işin ən böyük mükafatıdır - ADY qatar meneceri
ADY-nin qatar meneceri Şəbnəm Cəfərova sərnişinlərin təhlükəsiz və rahat səfərinin təmin olunmasının əsas məqsədlərindən biri olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC sosial şəbəkə hesabında paylaşım edib.
Şəbnəm Cəfərova bildirib ki, dəmir yolunda çalışmaq sərnişinlərin rahatlığı və təhlükəsizliyi naminə məsuliyyətlə fəaliyyət göstərmək deməkdir.
“Sərnişinlərin təbəssümü gördüyüm işin ən böyük mükafatıdır”, - deyə o qeyd edib.
ADY-nin paylaşımında vurğulanıb ki, hər rahat səfərin arxasında diqqət, peşəkarlıq və böyük zəhmət dayanır.













