Azərbaycan və Özbəkistan arasında turist axını kəskin artırıla bilər - Səfir müzakirələr APARDI
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bu ölkənin Turizm Komitəsinin sədri Abdulaziz Aqqulov ilə görüş keçirib.
Redaktor.az-ın məlumatına görə, diplomat özünün feysbuk hesabında bildirib ki, görüşün əsas diqqət mərkəzində iki qardaş ölkə arasında turizm sahəsindəki mövcud əlaqələr və bu əməkdaşlığı yeni səviyyəyə qaldıracaq inkişaf perspektivləri olub.
Müzakirələr zamanı turizm əlaqələrinin daha da genişləndirilməsi, eləcə də Bakı ilə Daşkənd arasında turist axınının və qarşılıqlı səfərlərin sayının kəskin artırılması imkanları ətraflı nəzərdən keçirilib.
Aminə ŞAHSUVARQIZI
















