FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirdi - FOTO

 18:00 24.09.2026     63

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.

Bu barədə Redaktor.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən məşqdə FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon hüquq mühafizə orqanlarının, aidiyyəti qurumların rəhbər şəxsləri, Fövqəladə Hallar Komissiyası, Mülki müdafiə qərargahı, ərazi mülki müdafiə dəstələrinin şəxsi heyəti iştirak edib.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Tədbirdə çıxış edənlər ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin vacibliyini diqqətə çatdırıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.

Məşqə Ağcabədi rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin 39 ədəd texnikası və 148 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Vumart və Güvən reklamı Vumart Güvən