Qarabağın investisiya imkanları “AIIF 2026”da təqdim olunur - FOTO

 15:24 25.09.2026     78

Sentyabrın 25-də Bakıda ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu  “AIIF 2026” öz işinə başlayıb. Forumda Azərbaycanın müxtəlif iqtisadi və investisiya imkanlarını əks etdirən təqdimatlar və stendlər nümayiş olunur.Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov da iştirak edir. “AIIF 2026” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa-quruculuq layihələri, yaradılan yeni iqtisadi imkanlar və investisiya potensialı da diqqət mərkəzindədir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında  Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən xəbərə görə, forumda Xankəndi, Xocalı və Ağdərə rayonlarının inkişaf perspektivlərinə həsr olunmuş xüsusi təqdimat videoçarxı da nümayiş etdirilib.

Videoçarxda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa- quruculuq işləri, müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin inkişafı, iqtisadi potensial və gələcək investisiya imkanları əks olunur.

Təqdimat Qarabağda, o cümlədən Xankəndi, Xocalı və Ağdərə ərazilərində həyata keçirilən layihələrin investorlar üçün yaratdığı imkanların nümayiş etdirilməsi baxımından əhəmiyyət daşıyır.

2222222222
Vumart və Güvən reklamı Vumart Güvən