Qaradağda vulkan püskürməsi 10 dəqiqə davam edib - YENİLƏNİB
Qaradağ və Qobustan rayonlarının sərhədində yerləşən palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib.
Redaktor.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Püskürmə yerli vaxtla saat 07:32-də, bir faza ilə xarakterizə olunub və 10 dəqiqə davam edib.
Məlumata görə, püskürmə zamanı alov sütunu müşahidə olunub. Baş vermiş proses 8 seysmik stansiyada qeydə alınıb. Püskürmə ocağının dərinliyi 4 km təşkil edib. Püskürmə zamanı ayrılan enerjinin miqdarı 6,50 × 10^6 coul olaraq qiymətləndirilib.
***
Qaradağ rayonu ərazisində palçıq vulkanının püskürməsi qeydə alınıb.
Bu barədə Redaktor.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.
Məlumata görə, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.













