Xankəndidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

 12:48 27.09.2026     77

27 Sentyabr – Anım Günü ilə əlaqədar Xankəndi şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayandırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə sükutdan sonra Zəfər parkına yürüş keçirilib. Şəhidlərin xatirəsinə ehtiram göstərilib, abidə önünə gül dəstələri düzülüb.

Anım tədbirində Prezidentin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, dövlət qurumlarının nümayəndələri, şəhər sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

22222
Vumart və Güvən reklamı Vumart Güvən