Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdilər - FOTO

 13:00 27.09.2026     176

27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov Bakı şəhərindəki Zəfər parkını ziyarət ediblər.

Redaktor.az-ın xəbərinə görə, Xidmət rəisləri memorial kompleksin girişindəki abidənin önünə gül dəstələri düzərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar.

22
Vumart və Güvən reklamı Vumart Güvən