Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdilər - FOTO
27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov Bakı şəhərindəki Zəfər parkını ziyarət ediblər.
Redaktor.az-ın xəbərinə görə, Xidmət rəisləri memorial kompleksin girişindəki abidənin önünə gül dəstələri düzərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar.















