YAP-ın qurultayı növbədənkənar deyil - Tahir Budaqov

 13:23 27.09.2026     60

"YAP-ın keçirəcəyi qurultay növbədənkənar deyil, ənənəvi olaraq 5 ildən bir keçirilir".

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

"Təbii ki, qurultayın gündəliyində ilk növbədə 5 il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq və bəzi məsələlər müzakirə ediləcək. Nizamnamənədən irəli gələn məsələlərə baxılacaq", - deyə T.Budaqov bildirib.

Qeyd edək ki, YAP-ın VIII qurultayı oktyabrın 2-də keçiriləcək (APA).

Vumart və Güvən reklamı Vumart Güvən