FHN ötən həftənin statistikasını AÇIQLADI

 10:20 28.09.2026     49

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 469 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 44 nəfər xilas edilib, 5 nəfər tüstüdən zəhərlənib, 2 nəfər xəsarət alıb, 44 nəfər təxliyə olunub, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 4 nəfərin meyiti təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən