Qonşu ölkədə benzin BAHALAŞDI

 11:10 28.09.2026     61

Ermənistanda avtomobil yanacağının qiymətində növbəti artım qeydə alınıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Aİ-92 markalı benzinin bir litri 580 dramdan 600 drama ($1,66) yüksəlib.

Premium markalı benzinin qiyməti 20–30 dram artaraq litri 620–630 drama ($1,70) çatıb.

Dizel yanacağının qiyməti də eyni məbləğdə artıb və bir litri 710 drama ($1,95) yüksəlib. Qeyd olunur ki, hazırkı qiymətlər Ermənistan bazarı üçün tarixi maksimumdur.

Vumart və Güvən reklamı Vumart Güvən