Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı YARALANDI

 14:16 28.09.2026     53

Ukrayna paytaxtı Kiyevdə daha bir azərbaycanlı dron hücumları zamanı yaralanıb.

Redaktor.az-ın "Report"a istinadla məlumatına görə, Ukrayna Milli Polisindən bildirilib ki, bu, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü Əhmədov İlqar Həşəm oğludur.

O, Kiyevin Vişneve rayonunda dron hücumuna məruz qalaraq yaralanıb. Hazırda vəziyyəti sabitdir.

Qeyd edək ki, bazara dron zərbəsi zamanı bir neçə azərbaycanlının yaralandığı bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən