1983-cü ildə Azərbaycan arxivlərindən Ermənistana nə verilib? – Tarixçidən AÇIQLAMA

 15:33 28.09.2026     58

"1983-cü ildə Azərbaycan ərazisində mövcud olmuş erməni dini institutlarının, kilsələrinin və eparxiyalarının bütün arxivləri Azərbaycan arxivlərindən götürülərək Ermənistan SSR-ə təhvil verilib. Bu barədə hələ Sovet dövründə Azərbaycan arxivlərinin baş kitabında rəsmi qeyd aparılıb".

Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, bu sözləri DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova “Qafqaz Albaniyası: tarixi və mədəni varislik” mövzusunda keçirilən elmi müzakirədə söyləyib.

O bildirib ki, kilsələrin və dini idarələrin arxivlərinin məqsədli şəkildə Ermənistana verilməsi həmin sənədlərdə Azərbaycanla bağlı tarixi həqiqətlərin gizlədilməsi və ya saxtalaşdırılması üçün imkan yaradırdı:

"Sonradan Qarabağda baş verən siyasi prosesləri nəzərə alsaq, bunu həmin proseslər ərəfəsində görülən hazırlıq işlərindən biri kimi qiymətləndirmək mümkündür".

Vumart və Güvən reklamı Vumart Güvən