Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

 13:27 29.09.2026     1082

Sentyabrın 29-u saat 13:00-a olan faktiki hava açıqlanıb.

Redaktor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 29-u saat 13:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Daşkəsən, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Şahdağ, İsmayıllı, Xınalıq, Qəbələ, Qax, Qrız, Qusar, Şabran, Xaçmaz, Quba, Xızı, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Ağcabədi, Salyan, İmişli, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

***

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 29-u saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala, Kürdəmirdə 3, Daşkəsən, Gəncə, Ağstafa, Şəki, Şahdağ, Lənkəranda 2, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Astara, Sabirabad, Şəmkir, Qobustan, İsmayıllı, Qəbələ, Qusar, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınır.

Vumart və Güvən reklamı Vumart Güvən