FHN-in İdman-sağlamlıq klubunun idmançıları yarışlarda yüksək nəticələr göstərdilər - FOTO

 15:32 29.09.2026     54

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun arenasında Azərbaycan Taekvondo Federasiyasının və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə taekvondo idman növü üzrə uşaqlar arasında ölkə birinciliyi, 16-21 yaşlılar arasında ölkə çempionatı və ənənəvi “Koreya səfiri kuboku” keçirilib.

Nazirlikdən Redaktor.az-a verilən xəbərə görə, yarışlarda ümumilikdə respublikanın müxtəlif şəhər və rayonlarından, idman cəmiyyətlərindən 72 klub olmaqla 500-ə yaxın uşaq, yeniyetmə və gənc idmançı iştirak edərək öz qüvvələrini sınayıblar.

Yarışlarda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun uşaq, yeniyetmə və gənclərdən ibarət komandasının üzvləri İdman-sağlamlıq klubunun əməkdaşı, gizir Xəyalə Ağayeva və məşqçi müəllim Sənan Haşımovun rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, uşaqlar arasında keçirilən ölkə birinciliyində 33kq çəki dərəcəsində Rüqəyya Süleymanlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək piləsinə qalxıb. Bundan əlavə, komandanın digər üzvü Mədinə Heydərzadə 48kq çəki dərəcəsində bürünc medalın sahibi olub. 16-21 yaşlılar arasında keçirilən ölkə çempionatında qızlar arasında 49kq çəki dərəcəsində Nilufər Borji, 62kq çəki dərəcəsində Meylin Məmmədzadə və 67kq çəki dərəcəsində Nərmin Ensari qızıl medala yiyələniblər. Komandanın digər üzvləri Nilufər Süleymanlı 49kq çəki dərəcəsində və Səmərrux Osmanova isə 53kq çəki dərəcəsində gümüş medalın sahibi olublar. “Koreya səfiri kuboku” üzrə keçiirlən yarışda isə 49kq çəki dərəcəsində Nilufər Borji qızıl, 49kq çəki dərəcəsində Nilufər Süleymanova gümüş, 55kq çəki dərəcəsində isə Gülnar Rəsulzadə bürünc medal qazanmağı bacarıblar.

Ümumilikdə uşaqlar arasında keçirilən ölkə birinciliyində və 16-21 yaşlılar arasında keçirilən ölkə çempionatında FHN-in komandası komanda yarışlarında qızıl medala, “Koreya səfiri kuboku”nda isə bürünc medala layiq görülüb.

Qaliblərə Azərbaycan Taekvondo Federasiyasının təsis etdiyi kubok, medal və diplomlar təqdim edilib.

222222
Vumart və Güvən reklamı Vumart Güvən