“Dərnəgül” metrosuna pulsuz avtobuslar İŞLƏYƏCƏK

 20:37 29.09.2026     92

Bakının 7-ci mikrorayonunda yaşayan sakinlərin “Dərnəgül” metro stansiyasına gediş-gəlişini asanlaşdırmaq məqsədilə ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.

Redaktor.az "BakuBus"dan  verilən məlumata istinadla xəbər verir ki, bunun üçün 3 nömrəli müntəzəm marşrut xəttindən xüsusi avtobuslar ayrılacaq.

Avtobuslar Abay Kunanbayev küçəsindən “Dərnəgül” metro stansiyasına və əks istiqamətdə hərəkət edəcək.

Sərnişinlər bu avtobuslardan ödənişsiz istifadə edə biləcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən